Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli martın 16-da ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb.
Qonaqları salamlayan nazir Azərbaycanla Sivilizasiyalar Alyansı arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etdiyini vurğulayıb.
Ölkəmizə yenidən səfər etməkdən məmnunluğunu bildirən Migel Anxel Moratinos Sivilizasiyalar Alyansının “Bakı Prosesi” çərçivəsində bu ilin 1-3 may tarixlərində paytaxtımızda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əsas tərəfdaş kimi fəal iştirak edəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.