XI Qlobal Bakı Forumu başa çatıb

XI Qlobal Bakı Forumu başa çatıb

XI Qlobal Bakı Forumu başa çatıb

Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu başa çatıb.

xəbər verir ki, üç gün davam edən forum çərçivəsində bir sıra panel müzakirələri təşkil edilib.

Panelin bugünkü sonuncu günündə “Regional perspektivlər: Avropa Birliyi və qonşuları”, “Qlobal çağırışlara davamlılığın artırılması: bərabərsizlik, resurs çatışmazlığı və miqrasiya ilə mübarizə”, “Süni intellekt, pilotsuz uçuş aparatları və kiber müharibə dövründə yeni təhlükəsizlik paradiqması”, “Gənclər danışır, biz dinləyirik” adlı müzakirələr baş tutub.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumunda 400-ə yaxın dünyaca məşhur siyasi xadimlər, eləcə də keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edib.

Share: