“PAŞA Bank”ın Türkiyə törəməsi PAŞA Yatırım Bankasının rəhbərliyinə dəyişiklik olub.
“-Economics”in bankdan əldə etdiyi məlumata görə, martın 15-də PAŞA Yatırım Bankasının İdarə Heyətinin üzvü Rövşən Allahverdiyev sədr müavini təyin edilib. O bu vəzifədə Fərid Məmmədovu əvəzləyib. Bundan əlavə, bankın İH-nin müstəqil üzvü Ebru Oğan Knottnerus vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Rövşən Allahverdiyev bundan əvvəl, ötən ilin iyun ayında “PAŞA Sığorta”, “PAŞA Həyat Sığorta” şirkətlərinin Direktorlar Şurasının sədri, eyni zamanda “Kapital Bank”ın Müşahidə Şurasının sədri təyin edilib. Bundan əlavə, “PASHA Bank Georgia”nın Müşahidə Şurasının sədri seçilib. Ötən ilin mart ayından isə Rövşən Allahverdiyev “PAŞA Yatırım Bankası”nın İdarə Heyətində isə təmsil olunur.
5 may 2023-cü il tarixində PAŞA Holdinqin tərkibində Korporativ Bankçılıq və Sığorta Qrupunun baş menecerinin müavini vəzifəsinə təyin edilib.