Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə tanınmış QHT rəhbəri, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüşdür.
Azərbaycanda vətəndaş cəmiyyətinin fəallarından olan Asif Əsgərli Ümummilli Lider Heydər Əliyev irsinin təbliğində xüsusi xidmətlərinə və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə bu dövlət mükafatı ilə təltif olunmuşdur.
Xatırladaq ki, Asif Əsgərli Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri və Milli QHT Forumunun Vitse-prezidentidir.
2021-ci ilin martın 5-də keçirilən VII Qurultayda YAP İdarə Heyətinin üzvü seçilən Asif Əsgərli 2019-cu ildə dövlət gənclər siyasətinin həyata keçirilməsində və gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə də dövlət başçısı tərəfindən “Tərəqqi” medalına layiq görülmüşdür.