Rusiyalı turistlərin azad olunmuş Qarabağa marağı böyükdür

Rusiyalı turistlərin azad olunmuş Qarabağa marağı böyükdür

Rusiyalı turistlərin azad olunmuş Qarabağa marağı böyükdür

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialı Rusiyada keçirilən 30-cu “MITT – beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində təqdim olunur.

-nın Moskva müxbiri xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib.
O qeyd edib ki, 30-cu “MITT – beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 13 yerli sənaye nümayəndəsi təmsil edir.
“Rusiya Azərbaycan turizmi üçün prioritet bazarlardan biridir. Ötən il Azərbaycana səfər edən xarici turistlər arasında ilk yeri məhz Rusiya Federasiyasının vətəndaşları tutub. Belə ki, 40 faiz artımla 624 mindən çox Rusiya vətəndaşı Azərbaycana səfər edib. Rusiya vətəndaşlarının xarici ölkələrə etdikləri səfərlər arasında da ilk yeri Azərbaycan tutur. Biz Rusiyadan Azərbaycana gələn turistlərin sayını daha da artırmağı planlaşdırırıq”, – deyə o bildirib.
K.Quluzadə xatırladıb ki, martın əvvəlində Azərbaycan ilə Rusiya arasında 2024-2026-cı iləri əhatə edən hökumətlərarası saziş imzalanıb. Üç il ərzində digər sahələrlə yanaşı, turizm sahəsində də əməkdaşlığı genişləndimək nəzərdə tutulub. O, həmçinin yaxın vaxtlarda Azərbaycan Turizm Agentliyinin Rusiyada nümayındəliyinin açılacağını da diqqətə çatdırıb.

Moskva sərgisində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialının da təqdim olunduğunu vurğulayan Dövlət Turizm Agentliyinin nümayəndəsi deyib: “Azad olunmuş ərazilərimiz dünya üçün yeni formalaşan disseminasiyadır. Bu ərazilərdə rekord sürətlə infrastruktur, o cümlədən turizm infrastrukturu yaradılır. Cari ildən etibarən azad edilmiş ərazilərə xarici turistlərin səfərləri təşkil olunur. Müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan da işğaldan azad edilmiş ərazilərə turistlrəri cəlb etməyə başlamışıq. Biz görürük ki, sərgilərdə, beynəlxalq tədbirlərdə bu ərazilərə maraq böyükdür. Azərbaycanın Qarabağ İqtisadi Zonasının güclü turizm potensialı var. Orada müxtlif turizm xidmətləri, o cümlədən yaya turizmi, qastro turizm, qış turizmi ilə bağlı xidmətlər yaradılacaq ki, bütün ölkələrdən gələn turistlər bizim Qarabağımızı və Şərqi Zəngəzurumuzu görsünlər və bəyənsinlər”,deyə K. Quluzadə vurğulayıb.

Share: