Daşkəsəndə bıçaqlanma baş verib.
-nın yerli bürosunun məlumatına görə, hadisə Daşkəsən şəhərində yerləşən binalardan birinin qarşısında qeydə alınıb.
1990-ci il təvəllüdlü Məzahir Məmmədov kürək nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, M.Məmmədov tanışları ilə dava zamanı bıçaqlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.