ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü Qreqori Miks Krım körpüsünün tikintisi, təmiri və saxlanması ilə hər hansı şəkildə əlaqəsi olan bütün insanlara və şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə konqresmenin Konqresin müzakirəsinə təqdim etdiyi qanun layihəsində deyilir.
Qanun layihəsi martın 15-də Konqresə təqdim edilib, sonra ölkə Nümayəndələr Palatasının Məhkəmə-Hüquq Komitəsi və Xarici Əlaqələr Komitəsinə göndərilib.
Qanun layihəsi Nümayəndələr Palatasında və Senatda təsdiqlənsə, daha sonra ABŞ prezidenti tərəfindən imzalansa, qanuna çevriləcək.
Qeyd edək ki, keçən həftə Krım parlamentinin rəhbəri Vladimir Konstantinov bildirib ki, Krımın Rusiya Federasiyasına birləşdirilməsi ABŞ-ın bu ölkənin hərbi dəniz qüvvələrinin 6-cı (Aralıq dənizi) donanmasının gəmilərini regionda yerləşdirmək planlarına mane olub.