ABŞ Dövlət Departamenti Haitidə artan zorakılıq fonunda amerikalıları çarter helikopterləri ilə ölkədən təxliyə etməyə başlayıb.
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, helikopterlər Port-o-Prensdən Dominikan Respublikasının paytaxtı Santo Dominqoya bir neçə uçuş həyata keçirəcək.
“Biz həmçinin insanların oradan uça bilməsi üçün Kap-Aityendən uçuşların mümkünlüyünü araşdırmağa davam edəcəyik”, – deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel qeyd edib.
Onun sözlərinə görə, ümumilikdə 1,6 minə yaxın ABŞ vətəndaşı Haitini tərk etmək istədiyini bildirib.
Martın 9-da Haitinin paytaxtı Port-o-Prensdə yerli silahlı dəstələr prezident sarayına hücum ediblər. Həmçinin, əməllərini əvvəlcədən planlaşdıran cinayətkarlar Daxili İşlər Nazirliyinin və polis idarəsinin binasına basqın ediblər.