Tanınmış şair-publisist Faiq Balabəylinin 60 illik yubileyi və “Dənizçi həyatı” kitabının təqdimat mərasimi keçirildi
Mart ayının 19-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şair Faiq Balabəylinin 60 illik yubileyi və “Dənizçi həyatı” kitabının təqdimat mərasimi keçirildi.
Tədbirin aparıcısı AYB-nin Beynəlxalq məsələlər üzrə katibi, şair-tərcüməçi, esseist Səlim Babulaoğlu Faiq Balabəylinin yaradıcılığının məziyyətlərindən danışdı. O, qeyd etdi ki, yubliyarı 25 ildən çoxdur ki tanıyır, elə o vaxtdanda onun imzasını həmişə diqqətdə saxlayır.
AYB-nin sədr müavini Rəşad Məcid yubilyarı rəhbərlik adından təbrik edəndən sonra, AYB katibliyinin qərarı ilə F. Balabəylinin təltif edildiyi “Əhməd Cavad” fəxri diplomu ilə təltif etdi.
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Faiq Balabəylinin poeziyası, nəsri, publisistikası haqqında danışdı və hazırda dənizlə bağlı ədəbi nümunələrin tək müəllifi olduğunu bildirdi.
Sonra şair, Prezident təqaüdçüsü Vasif Süleyman yubilyar haqqında geniş məruzə ilə çıxış etdi. O, bildirdi ki, Faiq ömrün 60-na dopdolu gəlib: Faiq 60 yaşa sevinclə, kədərlə, ağrı ilə dolu bir ömürlə gəldi. Yubileyinə az qalmış nur üzlü anası Hədiqə xanımın dünyasını dəyişməsi Faiqi sevənlərin hər biri üçün ağır itki oldi. Məkanı uca olsun anamızın.
Faiq Balabəyli 60 yaşına “Eh ayrılıq nə yamansan”, “Sənə yazılan şeirlər”,”Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz”, “Sənə yazılan şeirlər”, “Bayıldan bayıra”, “Yağışdan sonra” bədii, “Kəsilməyən həyəcan fiti”, “Bakı buxtası-20 yanvar” publisistik kitabları, AYB-nin üzvü, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü, Müstəqil.az saytının həm yaradıcısı, həm də baş redaktoru, gəmi kapitanı, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü və bir çox ədəbi ödüllərin laureatı kimi gəlib.
Onun 60 illik həyatının tam qırx ili bizim dostluğumuzun fonunda, sözlə dəniz arasında keçib. O, ömrün çalın-çarpaq yollarında nə sözə, nə də dənizə vəfasız çıxmayıb. Təpədən-dırnağa sözə və dənizə bələnıb. Faiq Balabəylinin yaşam trayektoriyası haralardan dolanıb keçib – Cəlilabad rayonunun Sabirabad kəndindən ədəbiyyatın ağuşuna, ədəbiyyatdan dənizə, dənizdən mətbuata, arada bir dəfə Bayıla sözlə günah çəkməyə, sonradan hamısını bir yerdə yaşatmağa… Onda demişdim ki, bu kitabları yazmağa görə Faiqi həbs eləməyə dəyərdi. Bu günə necə gəldiyinin də ən gözəlini də özü deyib:
Görübən gəlirəm mən bu dünyanı,
Hər şeyi yoluna öncə qoymuşam.
Əllərim üstündə yeriyirəm ta,
Yorğun ayağımı dincə qoymuşam.
Bilinmir varlığın, bilinmir yoxun,
Sənintək çəkilib gözümdən yuxum.
Gördüm ki, sinəmə tuşlanıb oxun,
Onçün ürəyimi küncə qoynuşam.
- Süleyman sonra Faiq Balabəylinin publisistikası, 34 il əvvəl – o dəhşətli 20 Yanvar gecəsində Bakı buxtasında çalışan qəhrəman dənizçilərimizin fədakarlığından bəhs edən “Kəsilməyən həyəcan fiti” və “Bakı buxtası-20 Yanvar” kitabları haqqında danışıb, onun həyatında bir mərhələ olan “Yeni xəbər” qəzetindəki redaktorluq fəaliyyətindən söz açdı.
Vasif Süleyman bildirdi ki, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyindəki fəaliyyəti də bütövlükdə elə sözlə bağlıdır. “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Faiqə bu millətə xidmət etmək üçün əlavə imkanlar verdi. Bu günə kimi həmin Birliyin xətti ilə, “Qarabağ müharibəsinin ilk qalib generalı” (General, Milli qəhrəman Polad Həşimov haqqında), “Dənizçilərimiz Vətən Müharibəsində”, “Onlar qəhrəmandır”, “Bakı buxtası – 20 Yanvar”, Sən Vətənə bənzəyirsən”, “Gəmilərin əmniyyətli idarə olunması”b kitabları çap olunub. Bir çoxlarını kitab çıxmamış oxumuşam. Bu gün təqdim olunan “Dənizçi həyatı” kitabı da “DSD” İB-nin xətti ilə hazırladığı növbəti kitabdır. Faiq Balabəyli kitaba bu adı da təsadüfi seçməyib. Dənizçi həyatının təlatümünü, özəlliyini kimlər daha yaxşı blər… Təbii ki, dənizçilər. Ona görə də Faiq bu həyatı oxucuya elə dənizçilərin öz diliylə təqdim etməyə üstünlük verib. Bizlər də dənizi sevirik ,ÖN SÖZdə müəllifinn yazadığı kimi: “Hamımız sevirik dənizi (dəniz deyəndə birmənalı olaraq Xəzər dənizi anlaşılmalıdır), yayın istisində sahilində dincəldiyimizə, Dənizkənarı parkda yaratdığı təmiz havanı udduğumuza, hətta tilov atıb balığını tutduğumuza və ayrı nələri umduğumuza görə. Amma dənizi qısqanamğa təkcə onların tam haqqı var. Təkcə dənizi hər kəsdən artıq sevdiklərinə görəmi… Əsla yox! Dənizi qarşılıqsız sevdiklərinə görə, dünya sularında üzəndə belə ürəklərində Azərbaycan, Xəzər dənizi sevgisi yaşatdıqlarına görə”. Dənizçinin dəniz sevgisi bir ayrı aləmdir. Necə ki əlyazmasını oxuyanda mən heyrətlənmişəm, siz də heyrətlənəcəksiniz.
Təxminən qırx il əvvəl mən “Dəniz” qəzetində Faiq haqqımda bir yazı yazmışdım. Bu, onun haqqında ilk mətbu yazı idi. Heç bilirsiniz yazı necə adlanırdı?.. MƏN DƏNİZİ QISQANIRAM… İllərin o başından gələn doğmalığa, yaxınlığa bax. Qırx ildən sonra də Faiq DƏNİZİ QISQANANLAR haqqında kitab yazdı.
Sonra AYB katibləri Elçin Hüseynbəyli, İlqar Fəhmi, şair və yazıçılardan Qəşəm Nəcəfzadə, İbrahim İlyaslı, Hüseyin Sözlü, Narıngül Nadir, Aləmzər Sadıqqızı, İbrahim Rüstəmli, Xatirə Rəhimbəyli, Natiq Muxtarlı, Nəzirməmməd Zöhrablı, Mina Rəşid, Lilpar Cəmşidqızı, Təranə Məmməd, Sevinc Elsevər, BDU-nin müəllimi, alim Şəfiqə xanım Həbibova, Tahir Məmmədli, Aləm Kəngərli, Faiqin oxucuları, iş yoldaşlarından, “İST-Services Əlavə Tədris Mərkəzinin baş direktoru Orxan Xəlilzadə ASCO-nu sədr müavini olmuş, hazırda təqüddə olan Uzaq səfərlər Kapitanları, Prezidentin fərdi təqaüdçüsü Muxtar Axundov, AzərbaycanDövlət Dəniz və Liman agentliyini sədr müavini olmuş Şahlar Məmmədov, gəmi kapitanları Ramiz Hüseynov, Atəş Cavadov, Xoşgün Əzimov, Cavanşir Rəcəbli, R+Fərhad Allahverdiyev, Rita Rzaquluiyeva, Asif Orucov, Hidayət Atakişiyev, Bafadar ibrahimli və başqalrı çıxış edərək Faiq Balabəyli yaradıcılığının fərqli tərəflərindən danışdılar, yubilyarl təbrik etdilər.
Tədbirin sonunda Faiq Balabəyli çıxış edərək iştirak edən hər kəsə minnətdarlığını bildirdi.
Tural Balabəyli,
AYB-nin üzvü, şair, prezident təqaüdçüsü