“İslam Dövləti” terror təşkilatının dirçəlməsinin qarşısını almaq üçün dünya ölkələri birləşməlidir.
-nın məlumatına görə, bunu martın 23-də mətbuat konfransı zamanı BMT-nin baş katibi Antonio Quterreş deyib.
O, bütün dünya ölkələrini “Crocus City Hall” konsert zalında törədilən terror aktına görə məsuliyyəti üzərinə götürən İŞİD-lə mübarizədə əməkdaşlığa çağırıb.
“Biz Moskvada baş vermiş terror aktını qətiyyətlə pisləyirik və qəti şəkildə qəbuledilməz hesab edirik və bununla bağlı bütün ölkələri İslam Dövlətinin dünyanın heç bir yerində yenidən zərbə endirməməsi üçün bir-biri ilə əməkdaşlığa çağırırıq”, – deyə Quterreş bildirib.
“The New York Times” 2024-cü il martın 22-dən 23-nə keçən gecə törədilən terror aktına görə İŞİD-in məsuliyyəti barədə yazıb.
Nəşrin məlumatına görə, ABŞ rəsmiləri 2024-cü ilin martında Əfqanıstanda yerləşən “İslam Dövləti” qolu Moskvada terror aktları planlaşdırdığına dair “kəşfiyyat məlumatı” alıblar.