Böyük Britaniya məhkəməsi Culian Assanja ABŞ-a ekstradisiyaya qarşı mübarizədə möhlət verib.
“Guardian”a istinadən xəbər verir ki, Böyük Britaniyanın Ali Məhkəməsinin hakimləri “WikiLeaks”-in təsisçisinə onun Böyük Britaniyadan çıxarılmasına etiraz etmək icazəsi verib.
Əgər Assanja müraciət etmək icazəsi verilməsəydi, o, bir neçə gün ərzində ABŞ-a ekstradisiya edilə bilərdi.
İki günlük dinləmədə onun vəkilləri Assanj və WikiLeaks tərəfindən Əfqanıstan, İraq müharibələri ilə əlaqəli minlərlə məxfi və diplomatik sənədin dərc edilməsi ilə bağlı ittihamların siyasi motivli olduğunu və ekstradisiya tələbinin qanunsuz olduğunu müdafiə ediblər.
Ali Məhkəmənin iki hakimi, Viktoria Şarp və Ceremi Conson qərar veriblər ki, vəkillər Assanjın məsələsinin mübahisəli bir işin olduğunu və apellyasiya məhkəməsinə göndərilməli olduğunu təsdiqləyə biliblər.
***
11.50
Böyük Britaniyanın Ali Məhkəməsi bu gün “WikiLeaks”in təsisçisi Culian Assanjın ABŞ-yə ekstradisiyası ilə bağlı qərar qəbul edəcək.
xəbər verir ki, Ali Məhkəmənin iki hakimi Viktoria Şarp və Ceremi Conson bu gün yerli vaxtla 10:30-da avstraliyalı jurnalistin ABŞ-a ekstradisiyasına etirazı ilə bağlı Böyük Britaniyada son müraciət edib-etməməsinə qərar verəcək.
Assanj qalib gələrsə, onun etirazına yenidən baxılması üçün tam apellyasiya dinləməsi keçiriləcək. Lakin uduzacağı təqdirdə Böyük Britaniyada hüquqi imkanları tükənəcək Assanj qarşıdakı həftələr ərzində ABŞ-a ekstradisiya edilə bilər.
Qeyd edək ki, Böyük Britaniya hökuməti 2022-ci ilin iyununda Assanjın ABŞ-yə ekstradisiyasını təsdiqləyib və o, həmin vaxtdan qərarın ləğvinə çalışır.
52 yaşlı jurnalist 2010-cu ildə ABŞ-ın İraq və Əfqanıstandakı müharibəsi ilə bağlı “WikiLeaks”də yüz minlərlə material dərc edib. Vaşinqton iddia edir ki, Assanj və “WikiLeaks”dəki digər şəxslər ABŞ tarixində məxfi məlumatların ən böyük kompromislərindən birini həyata keçirmək üçün hakerlərlə işləyib.