ABŞ Suriyanın şərqindəki Deyr əz-Zor əyalətinə aviazərbələr endirib.
xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin “Facebook” səhifəsində paylaşım edilib.
Hadisə nəticəsində səkkiz nəfər ölüb, 32 nəfər yaralanıb.
“Bu səhər ABŞ qüvvələri Deyr əz-Zor əyalətində bir sıra şəhər, kənd və hərbi obyektlərə hərbi təyyarə və pilotsuz uçuş aparatlarından istifadə edərək hava zərbələri endirib”, – deyə məlumatda bildirilir.
Hücumlar nəticəsində yeddi hərbçi və bir mülki şəxs həlak olub, 19 hərbçi və 13 mülki şəxs yaralanıb.
Bundan əvvəl “Əl Hadath” telekanalı ABŞ Hərbi Hava Qüvvələrinin Deyr əz-Zor əyalətində iranyönlü şiə birləşmələrinin hərbi hədəflərinə hücum etdiyini bildirib. Onun sözlərinə görə, hücumlar nəticəsində iki komandir də daxil olmaqla, azı doqquz şiə döyüşçü öldürülüb, daha azı 20 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.