Gələn aydan etibarən Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılacaq.
Bu əskinasların dövriyyəyə buraxılmsının ölkə iqtisadiyyatına təsirini iqtisadçı İlham Əzizov Moderator.az-a açıqlayıb.
İqtisadçı bildirib ki, Azərbaycan Respublikasının tədavüldə olan nağd pul kütləsi lazım olduğundan azdır: “Yeni pul əskinaslarının buraxılması dövriyyəni daha da rahatlaşdırmaq məqsədi güdür. Əskinasların buraxılmasının iqtisadiyyata təsirini iki aspektdən qiymətləndirmək lazımdır. Hazırda böyük nominalların buraxılması pulun daha çox əhalidə yığılıb, dövriyyədən çıxmasına səbəb ola bilər. Bu da pulun dövriyyə sürətini azaldır. Ona görə də dövriyyəyə lazım olan əskinasların buraxılması daha məqsədə uyğundur. Məsələn, indiki şəraitdə 3 manatlığa və 25 manatlıq əskinaslara daha çox ehtiyac var.”
İlham Əzizov onu da bildirib ki, böyük əskinasların dövriyyəyə buraxılmasıyla istər-istəməz infiliyasiyanın tətiklənməsi baş verir: “Hazırda qonşu ölkələrin milli valyutalarının durmadan dəyərini itirməsi Azərbaycan manatına təziq göstərir. Son vaxtlar Azərbaycan neftinin qiymətinin qalxmasıyla əlaqədar ölkədə maliyyə sabitliyi yaranıb. Həmin əlavə daxil olmuş vəsaitlər manatın zamanətinə çevrilib. Milli bankın rezervləri artıb. İndiki real kurs 1.53-m, 1.54-m olmasına rəğmən, bazar bunu tənzimləyərək 1.70 qəpik civarına çatdırır. Yeni əskinasların iyun ayında buraxılması başqa kataklizmlər olmasa, ölkədə infilasiyaya gətirib çıxarmayacaq. Amma xırda təlatümlər ola bilər ki, onu da Azərbaycan Respublikasının bank və maliyyəsistemi tənzimləyəcək.”