“Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib.
Reytinqdə 75-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 66 ölkəyə səyahət etməyə imkan verir.
Azərbaycanla eyni yerdə Qambiya, Tanzaniya, Dominikan Respublikası və Çin qərarlaşıb.
Müstəqil.az xəbər verir ki. Oxu.Az Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələri araşdırıb.
Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsip əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
1-ci qrupa daxil olan ölkələrə vətəndaşlıq passportu ilə getmək və qeyd olunan müddət qədər orda yaşamaq mümkündür.
– Belarus (90 gün), Gürcüstan (90), Qazaxıstan (90), Qırğızıstan (90), Moldova (90), Özbəkistan (90), Rusiya Federasiyası (90), Tacikistan (90), Ukrayna (90)
Bundan əlavə, hazırda aşağıda adı qeyd edilən ölkələr tərəfindən birtərəfli qaydada Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
– İran (15 gün), Türkiyə (1 ay).
2-ci qrup ölkələrə getmək üçün, əslində, viza tələb olunsa da, həmin ölkələrdə Azərbaycan vətəndaşlarına vizalar elə sərhəddə, avtomatik olaraq verilir. Ona görə də faktiki olaraq bu ölkələrə getmək üçün əvvəlcədən viza almaq lazım deyil.
– Banqladeş, Benin, Boliviya, Kamboca, Kapo-Verde, Komor adaları, Cibuti, Qatar, Qvineya-Bisau, Yamayka, İordaniya, Laos, Livan, Makao, Madaqaskar, Malavi, Maldiv adaları, Marşal adaları, Mavritaniya, Mavrikiy, Mozambik, Nepal, Nikaraqua, Palau, Ruanda, Samoa, Seyşel adaları, Somali, Şərqi Timor, Toqo, Tuvalu, Uqanda, Zimbabve.
3-cü qrup ölkələrə yalnız diplomatik və ya xidməti pasportlar vasitəsilə vizasız getmək olar.
Siyahı ilə buradan tanış ola bilərsiniz.