Türkiyə martın 29-da Qəzzaya yeni humanitar yardım gəmisi göndərəcək.
xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Təxirəsalınmaz Hallar Departamentindən (AFAD) bildirilib.
“Qəzzaya humanitar yardım aparan səkkizinci gəmimiz cümə axşamı Aralıq dənizindəki Mersin limanından yola düşəcək. Bundan əvvəl Türkiyə Qəzzaya 13 təyyarə və 7 gəmi ilə humanitar yardım göndərmişdi”, – deyə məlumatda deyilir.