Hazırkı mərhələdə Ermənistan Avropa İttifaqına (Aİ) üzvlük məsələsini müzakirə etmir.
xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə müsahibə verərkən deyib.
“Yaxın vaxtlarda belə bu məsələnin gündəmə gətiriləcəyini düşünmürəm”, – spiker vurğulayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken arasında aprelin 5-də Brüsseldə keçiriləcək görüşdə hansı mövzuların müzakirə olunacağı ilə bağlı suala isə Simonyan cavab verib ki, o, bu görüşdə iştirak etməyəcək və görüşün gündəliyindən xəbərsizdir.