Ukraynada rusdilli azlıq ayrı-seçkiliklə üzləşir.
xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir.
Qeyd olunur ki, qanun “bir tərəfdən Aİ-nin rəsmi dilində danışan milli azlıqlar, digər tərəfdən isə rus dili kimi dilləri Aİ-nin rəsmi dilləri sırasında olmayan milli azlıqlar arasında ayrı-seçkilik xarakterli diferensial münasibəti qoruyur”.
Bununla da, Ali Komissarlıq Ukrayna parlamentinin dekabrın 8-də qəbul etdiyi, milli azlıqların hüquqları ilə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklik edən qanuna münasibət bildirib.