Ukrayna üçün ən yaxşı variant təhlükəsizlik zəmanəti ilə bufer zonaya çevrilmək olar.
xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
Avstriyanın keçmiş xarici işlər naziri Volfqanq Şussellə “European Voices” nəşri üçün müsahibəsində Orban qeyd edib ki, Kiyev NATO-ya üzv olmaq istiqamətində kursunu davam etdirərsə, Ukrayna vətəndaşları öz ölkələrini itirmək riski ilə üzləşirlər.
Baş nazir əlavə edib ki, Rusiya heç vaxt Ukraynanın bloka daxil olması ilə razılaşmayacaq, çünki bu, NATO-nun ölkə sərhədlərinə yaxınlaşması deməkdir.