ABŞ Kiyevə lazım olan hərbi yardımı verməsə, Ukrayna Silahlı Qüvvələri geri çəkiləcək.
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Washington Post”a müsahibəsində deyib.
“ABŞ-nin dəstəyinin olmaması bizim hava hücumundan müdafiə sistemimizin, “Patriot” üçün raketlərimizin, 155 mm-lik artilleriya mərmilərimizin olmaması deməkdir. Bu o deməkdir ki, biz addım-addım, kiçik addımlarla geri çəkiləcəyik”, – Zelenski vurğulayıb.
Zelenski sursat çatışmazlığını misal çəkərək qeyd edib ki, əgər kifayət qədər sursat olmasa, Ukrayna cəbhə xəttini “daraltmağa” məcbur olacaq.