Hazırda Rusiyanın alyans ölkələrinə hücumu ilə bağlı planının olduğuna dair heç bir əlamət yoxdur.
xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer “The Baltic Times” nəşrinə müsahibəsində deyib.
“Birbaşa təhlükənin olduğunu düşünmürəm. Əsas problem Rusiyanın “Ukraynadan kənara çıxan” ambisiyalarıdır. NATO bundan xəbərdardır və bu səbəbdən alyansın “daha hazırlıqlı” olması zəruridir”, – admiral vurğulayıb.