Qardaş Azərbaycanla imzalanan Şuşa Bəyannaməsinin hədəfləri çərçivəsində başda təhlükəsizlik olmaqla, iqtisadi, loqistik, enerji və digər sahələrdə əlaqələri gücləndirmək və dərinləşdirmək üçün çalışırıq.
“-Economics” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.
“Birliyimizə və qardaşlığımıza möhkəm sahib çıxdığımız zaman Azərbaycanla Türkiyənin həll edə bilməyəcəyi hər hansı problem yoxdur”, – Bağcı qeyd edib.
Səfir əlavə bildirib ki, yeni dövrdə strateji əlaqələrimizi inkişaf etdirmək, iqtisadi və ticari əlaqələrimizi gücləndirmək, enerji təhlükəsizliyimizi təmin etmək, qitələrlə əlaqələrimizi yaxşılaşdırmaq prioritetlərimizdir.