Türkiyədə keçirilən bələdiyyə seçkilərində verilən səslərin 99 faizindən çoxu hesablanıb.
“AA”-ya istinadən xəbər verir ki, seçkilərin hazırkı nəticələrinə görə, böyükşəhər bələdiyyələrindən 14-də CHP, 12-də AKP, 3-də DEM Partiya, 1-də isə Yenidən Rifah partiyası qalib olub.
Ölkə üzrə lider Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71% səs toplayıb.
Hakim Ədalət və İnkişaf Partiyası isə 35,53% səslə ikinci sıradadır.
Səslərin 6,38%-ni Yeniden Refah, 5,65%-ni DEM Partiyası, 4,98%-ni isə MHP toplayıb.
Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29% səslə birinci, AK Partidən olan Turqut Altınok isə 31,74% səslə ikinci yerdədir.
İstanbulda CHP-dən Əkrəm İmamoğlu 51,05% səslə birinci, AK Partidən Murat Kurum 39,60%-lə ikincidir.
İzmirdə CHP 48,88%, AKP isə 37,11 faiz səs toplayıb.
Qaziantepdə AK Patri 38,80%-lə liderdir, CHP 28,11 faiz səslə ikincidir.