Fələstinin yeni Baş naziri Məhəmməd Mustafanın rəhbərlik etdiyi yeni hökumət and içib.
xəbər verir ki, yeni Nazirlər Kabinetinə 6-sı Qəzza zolağından olmaqla 23 nazir naxildir.
Məhəmməd Mustafanın həmçinin xarici işlər naziri Riyad Əl-Malikinin vəzifəsini tutacağı bildirilib. Fələstin Prezidenti Mahmud Abbasın iştirakı ilə baş tutmuş andiçmə mərasimində Məhəmməd Mustafa hökumətinin bütün fələstinlilərə xidmət edəcəyini, Fələstin Azadlıq Təşkilatının siyasi proqramına, həmçinin beynəlxalq öhdəliklərə uyğun fəaliyyət göstəriləcəyini bəyan edib.
Mərasimdən sonra yeni hökumətlə görüşən Mahmud Abbas Qəzzada münaqişənin dayandırılması məqsədilə ərəb ölkələri və beynəlxalq tərəfdaşlarla koordinasiyalı işin davam etdirildiyini qeyd edib.
“Bizim siyasi hədəfimiz azadlığa, müstəqilliyə, işğaldan azad olmağa nail olmaqdır. Biz BMT-nin tam üzvü olmaq üçün aidiyyəti ərəb və beynəlxalq tərəfdaşlarımızla işləyirik”, – Mahmud Abbas deyib.
“WAFA” xəbər agentliyinin məlumatına görə, Məhəmməd Mustafa Fələstin İnvestisiya Fondunun rəhbəri, həmçinin Mahmud Abbasın iqtisadi müşaviri olub.