SEPAH: İsrailin Suriyadakı İran konsulluğuna hücumu zamanı yeddi hərbi müşavir ölüb

SEPAH: İsrailin Suriyadakı İran konsulluğuna hücumu zamanı yeddi hərbi müşavir ölüb

SEPAH: İsrailin Suriyadakı İran konsulluğuna hücumu zamanı yeddi hərbi müşavir ölüb

SEPAH 7 üzvünün İsrailin Suriyadakı İran konsulluğuna hücumda öldüyünü təsdiqləyib.

xəbər verir ki. bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ümumi ictimaiyyətlə əlaqələr idarəsi bəyanat yayıb.

Bildirilib ki, Məhəmməd Rza Zahedi, Məhəmməd Hadi Hacı Rəhimi və digər 5 SEPAH üzvü İsrailin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna raket hücumu nəticəsində ölüb.

***

Saat 21:10

SEPAH-ın Suriya və Livandakı Baş Qərargah rəisi, briqada generalı Hüseyn Əmirullah İsrailin Dəməşqə endirdiyi hava hücumunda öldürülüb.

xəbər verir ki, bu barədə “Sabereen News” bildirib.

Suriya İnsan Haqları Müşahidə Qrupu İsrailin Dəməşqə hücumu nəticəsində SEPAH qüvvələrinin daha 6 üzvünün öldüyünü bildirib.

***

Saat 20:35

İsrailin Suriyaya hava hücumu zamanı İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yüksək rütbəli generalı və onun müavini ölüb.

xəbəbr verir ki, bu barədə İran mediası məlumat yayıb.

General Məhəmməd Rza Zahedi və onun müavini Hacı Rəhimi öldürülüb.

Ümid Nəccari

***

Saat 19:32

SEPAH-ın yüksək rütbəli generalı İsrailin Suriyaya hava hücumunda öldürülüb

xəbər verir ki, bu barədə Reuters təhlükəsizlik mənbəsinə istinadən məlumat verib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Məhəmməd Rza Zahedi İsrailin Dəməşqdə endirdiyi hava zərbə nəticəsində öldürülüb.

Rəsmi Tehran hələlik məlumatı təsdiqləməyib.

Share: