Astarada baş verən qəzada üç nəfər ölüb.
-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ərçivan kəndində baş verib.
Rayonun Şiyəkəran kənd sakini, 31 yaşlı Mirzəmməd Elman oğlu Əliyevin idarə etdiyi 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı BMW markalı avtomobil idarəetməni itirərək iri tonnajlı avtomobilə çırpılıb.
Nəqliyyat vasitəsi yol kənarında hərəkətsiz dayanan Rusiya vətəndaşı, 56 yaşlı Maqammədəmin Abdullaşə məxsus yük avtomobili ilə toqquşub.
Zərbənin təsirindən avtomobil alışaraq yanıb.
Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 22 yaşlı Fərqanə İlham qızı Əliyeva, onların 3 yaşlı uşaqları – Gülxanım Mirzəmməd qızı Əliyeva avtomobildə yanaraq ölüblər.
Dərhal hadisə yerinə FHN-in Astara Rayon Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən avtomobili, canlı qüvvəsi və xilasetmə qurupunun iki briqadası cəlb olunub.
Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Saat 20:45
Astarada ağır yol qəzası olub.
-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında qeydə alınıb.
Hərəkətdə olan BMW markalı minik avtomobili iri tonnajlı DAF markalı yük avtomobilinin altına girib, ölənlər var.
Faktla bağlı araşdırma aparılır.