Yaponiyada növbəti dəfə güclü zəlzələ olub

Yaponiyada növbəti dəfə güclü zəlzələ olub

Yaponiyada növbəti dəfə güclü zəlzələ olub

Yaponiyanın Honsyu adasının şimalında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

xəbər verir ki, bu barədə Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri İvate prefekturasında, zəlzələocağı isə yerin 71 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar Akita, Aomori, Miyaqi, Fukusima, Yamaqata, eləcə də Hokkaydo prefekturalarında hiss olunub.

***

Saat 03:29

Yaponiyada güclü zəlzələ baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, 5,9 maqnitudalı zəlzələnin ocağı 59 kilometr dərinlikdə yerləşib.

Seysmoloji Mərkəzin məlumatına əsasən, yeraltı təkanların ocağı ölkənin Hatinohe şəhərindən 44 kilometr cənub-şərqdə qeydə alınıb.

Share: