NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevi silahla təmin etmək üçün 100 milyard dollarlıq fond yaratmağı təklif edəcək.
xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Stoltenberq Ukrayna üçün 5 il ərzində 100 milyard dollar dəyərində müttəfiq töhfə fondu yaratmağı təklif edir”, – məlumatda deyilir.
Baş katibin hesablamalarına görə, bu təklif alyans üzvlərinin yayda Vaşinqtonda toplaşacaqları zaman imzalayacaqları sənədlər paketinə daxil ediləcək.