ABŞ VTB Bankın Avropadakı törəmə bankını sanksiyalardan çıxarıb.
“-Economics” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi bildirib. Məlumata görə, Ost-West Handelsbank Rusiyaya qarşı sanksiyalardan çıxarılıb. Bundan başqa, bankın əvvəlki adları – “VTB Bank Europe” və “VTB Bank Deutschland” da sanksiyalar siyahısından çıxarılıb.
Qeyd edək ki, Almaniyanın Frankfurt şəhərində yerləşən Rusiya bankı VTB-nin Avropa filialının adını VTB Bank Europe-dan Ost-West Handeslbank (OWH SE) olaraq dəyişəcəyini bildirmişdi. Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra VTB Bank Europe əmanətçiləri əsasən vəsaitlərini geri götürdülər və bank Almaniya tənzimləyicilərinin nəzarətinə keçdi.