Ermənistan Rusiyanın “Mir” ödəniş kartları ilə əməliyyatları dayandırması məsələsində də Qərbin təzyiqinə boyun əyib.
-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, ölkəsinin təəssüflə bu faktı qeyd etdiyini söyləyib.
Zaxarova “Mir” ödəniş kartları ilə əməliyyatları dayandırmasına görə Ermənistan iqtisadiyyatının hiss olunacaq zərər görəcəyini, vətəndaşlarının ciddi narahatlıqlarla qarşılaşacağını, Rusiyada işləyən ermənilərin Ermənistana pul köçürməkdə çətinlik çəkəcəklərini, turistlər kartla ödəniş etməkdən məhrum olacaqlarını vurğulayıb.
Xatırladım ki, ötən il Rusiyadan Ermənistana gedən turistlərin sayı 1 milyonu ötüb. Bunun Ermənistan iqtisadiyyatına zərbə endirəcəyinə dair digər nümunələr də mövcuddur. “Əminəm ki, bu addımın xərcləri Qərbin məhdudiyyətlərinin nəzəri zərərindən qat-qat yüksəkdir”, – deyə Rusiya XİN sözçüsü yekunlaşdırıb.