İranda iki polis məntəqəsinə edilən hücumda ölənlərin sayı artıb.
xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti məlumat verib.
Atışma nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub, üç terrorçu isə zərərsizləşdirilib.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
***
Saat 02:42
İranın cənub-şərqində polis məntəqələrinə hücumdam ölənlər var.
xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, terrorçularla davada hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub.
Bundan əvvəl xəbər verilmişdi ki, Ceyş əl-Ədl terrorçuları İranda iki polis məntəqəsinə hücum ediblər.
***
Saat 02:16
İranın cənub-şərqindəki Sistan və Bələcistan əyalətinin Rask və Çabahar şəhərlərində iki polis məntəqəsinə hücum edilib.
xəbərə verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, hücum edənlər “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləri olublar.
“Bir neçə dəqiqə əvvəl Rask və Çabahar polis bölmələrində terror aktı baş verib”, – deyə qubernatorun müavini Əlirza Mərhəməti bildirib.
Zərərçəkənlər barədə məlumat yoxdur.