ABŞ Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsinin yenidən parlamentə təqdim edilməsinə münasibət bildirib

ABŞ Dövlət Departamenti hakim “Gürcü Arzusu”nun ötən il imtina etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini bu gün yenidən parlamentə təqdim etməsinə münasibət bildirib.

-nın Gürcüstan bürosu xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə ötən il on minlərlə gürcüstanlının bu qanunun qəbul edilməsinin qarşısını almaq məqsədilə küçələrə çıxdığını xatırladıb.

“Biz onların potensial qanunu nəzərdən keçirdiklərinə dair məlumatları görmüşük və mən sadəcə olaraq onu deyərdim ki, özlərinin Avropa ambisiyalarını ifadə etmək və bu qanunun tətbiq edilməsindən imtina edilməsi üçün ötən il on minlərlə gürcüstanlı küçələrə çıxmışdı. Gürcüstanın Aİ ilə üzvlük danışıqlarına başlaması üçün tarixi fürsəti var və biz Gürcüstanı bu prosesdə dəstəkləməyə davam edirik”, – Metyu Miller bildirib.

Share: