ABŞ-nin keçmiş Prezidenti Donald Tramp “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə zəng etmək qabiliyyətində olduğunu bildirib.
xəbər verir ki, Tramp bunu radio aparıcısı Hyu Hyuitə müsahibəsində deyib.
“Mən ona zəng edərdim. Mən ona xəbər verərdim”, – keçmiş prezident vurğulayıb.
Xatırladaq ki, martın 22-də “Piknik” qrupunun konsertindən öncə dörd silahlı şəxs “Crocus City Hall”a basqın edərək atəş açmağa başlayıb və binanı yandırıb. Cinayəti törətməkdə şübhəli bilinənlər daha sonra Bryansk vilayətində saxlanılıblar.