“Hökumətin Rusiya əleyhinə atdığı addımlar Ermənistanda ciddi narahatlıq doğurub”.
xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Müəllifin fikrincə, baş verənlər hətta hökumətə yaxınlığı ilə seçilən iş adamlarını da ciddi şəkildə düşündürməyə başlayıb. Belə ki, Kremlə sadiq dairələr onlara tezliklə növbəti məhdudiyyətlərin elan ediləcəyi barədə xəbərdarlıq edib.
Bildirilir ki, qadağalar xüsusilə də baş nazir Nikol Paşinyana yaxınlığı ilə seçilən nəhəng oliqarxlara ciddi təsir göstərəcək.
Məhdudiyyətlərin siyahısı açıqlanmasa da ehtimal edilir ki, Rusiyadan idxal ediləcək məhsullar əlavə vergiyə və digər inzibati tədbirlərə cəlb olunacaq:
“Hazırda Rusya hökuməti Ermənistanın iştirak edəcəyi Brüssel görüşünün yekunlarını gözləyir. Belə ki, atılacaq sonrakı addımlar məhz bu görüşdən sonra bəlli olacaq”.
Fərid Azəri