Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 5-də Xankəndi şəhəri ərazisindən 7 avtomat silahı, 2 tapança, 3 tüfəng, 20 qumbara, 55 patron darağı, 1440 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.