Rusiya prezidenti Vladimir Putin dünyada hələ misli görünməmiş iqtisadi böhran gözlənildiyini bəyan edib.
Trend-in məlumatına görə, Rusiya lideri belə bir bəyanatla Peterburqda keçirilən İqtisadi Forumda çıxış edib.
Putinin sözlərinə görə, belə bir hal hüquq normalarının, mövcud razılaşmaların pozulması, eləcə də tərəfdaşlar arasında etibarın itməsi səbəbindən baş verə bilər.
Rusiya prezidenti əlavə edib: “Bu amillər dünyanın hələ üzləşmədiyi sistemli böhrana gətirib çıxara bilər”.