BMT-nin Baş katibi Antonio Quterreş Ekvador polisinin Meksika səfirliyinə basqın etməsindən narahatlığını bildirib və hər iki ölkəni bütün fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb.
xəbər verir ki, bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.
“Baş katib Ekvador polisinin Meksikanın Kitodakı səfirliyinə zorla daxil olmasından narahatdır. Baş katib tərəfləri təmkinli olmağa çağırır və hər iki hökuməti fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırır”, – bəyanatda deyilir.
Qeyd edək ki, Ekvador polisi zorla Meksika səfirliyinə girərək “qaçqın olan və üzləşdiyi təqiblər və ittihamlara görə sığınacaq istəyən” Ekvadorun keçmiş vitse-prezidentini saxlayıb.