İranın XİN başçısı Omanda husilərin rəsmi nümayəndəsi ilə görüşüb

İranın XİN başçısı Omanda husilərin rəsmi nümayəndəsi ilə görüşüb

İranın XİN başçısı Omanda husilərin rəsmi nümayəndəsi ilə görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Omana səfəri zamanı Yəmənin “Ənsar Allah” hərəkatının rəsmi nümayəndəsi Məhəmməd Əbdül Salam ilə görüşüb.

xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

İran diplomatiyasının rəhbəri Böyük Britaniya və ABŞ-nin Yəmən ərazisində üsyançı hədəflərə endirdikləri zərbələri pisləyib.

Onun sözlərinə görə, koalisiya qüvvələrinin hərəkətləri Yəmənin suverenliyi və ərazi bütövlüyünü pozur və Fələstin xalqına qarşı davam edən cinayətlərinə dəstək verir.

Bundan əlavə, tərəflər bu yaxınlarda İsrailin Suriyanın paytaxtında İran konsulluğunun binasına hücumu və İslam İnqilabı Keşikçiləri Korpusunun 7 zabitinin ölümünə səbəb olmasını müzakirə ediblər.

Share: