Tramp fikrini dəyişdi – Görüşə hazırlaşır

“Vaşinqton Şimali Koreya ilə yüksək səviyyədə sammitin keçirilməsi ilə bağlı danışıqlar aparacaq”.
Bu barədə ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb:
“Bizim sammitin keçirilməsi ilə bağlı Şimali Koreya ilə konstruktiv danışıqlarımız olacaq. Sammit, əvvəlcə deyildiyi kimi, iyunun 12-də Sinqapurda keçiriləcək”.  Xatırladaq ki, Tramp mayın 24-də Kim Çen Inla planlaşdırılan görüşünü ləğv etmişdi. (Qafqazinfo)

Share: