İnformasiya texnologiyaları sahəsində dövlət qulluğuna qəbul qaydası dəyişib

İnformasiya texnologiyaları sahəsində dövlət qulluğuna qəbul qaydası dəyişib

İnformasiya texnologiyaları sahəsində dövlət qulluğuna qəbul qaydası dəyişib

Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsi zamanı müsabiqənin test imtahanı mərhələsindən azad edilən namizədlərin siyahısı dəyişib.

-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

İnformasiya texnologiyaları sahəsində vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad ediləcəklər.

Qeyd edək ki, bundan əvvəl ali təhsil tələb olunmayan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad idi.

Share: