Bu ilin ilk Günəş tutulması başlayıb.
xəbər verir ki, bu hadisə tam Günəş tutulmasıdır.
Təbiət hadisəsi Sakit və Atlantik Okeanı, Qərbi Avropa, Şimalı və Cənubi Amerika, Arktikanı əhatə edir.
Tam tutulma ABŞ-nin cənub-qərb hissəsi, Kanadanın qərbi və Meksikadan keçəcək.
Tutulma Bakı vaxtı ilə saat 19:42-də başlayıb və aprelin 9-u saat 00:52-də bitəcək.
Qismən tutulma 70-80 dəqiqə arasında davam edə bilər. Günəş tutulması Ay Yerlə Günəş arasından keçdikdə baş verəcək və səma bir anlıq qaralacaq.
Günəş tutulması Azərbaycanda müşahidə olunmur.