Gürcüstan parlamenti aprelin 15-də “Xarici təsirlərin şəffaflığı haqqında” layihənin müzakirəsinə başlayacaq

Gürcüstan parlamenti aprelin 15-də “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini nəzərdən keçirməyə başlayacaq.

-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə parlamentin Hüquqi məsələlər komitəsinin sədri Anri Oxanaşvili ölkənin İctimai telekanalına açıqlamasında deyib. O, aprelin 9-u ölkədə qeyri-iş günü olduğu üçün qanun layihəsinin aprelin 15-də Hüquqi məsələlər komitəsində müzakirəyə çıxarılacağını deyib.

Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyası sözügedən qanun layihəsini aprelin 3-də parlamentə təqdim edib. Gürcüstanın əksər vətəndaş cəmiyyəti təşkilatları, ABŞ və Aİ də daxil olmaqla Qərb tərəfdaşları qanun layihəsinin qəbul edilməsinin əleyhinə çıxış edir.

Share: