Böyük Britaniyanın baş naziri Rişi Sunak və Fransa prezidenti Emmanuel Makron Ukraynaya döyüş sursatı, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılması məsələsini müzakirə ediblər.
xəbər verir ki, bu barədə Böyük Britaniya baş nazirinin dəftərxanasının iki lider arasında telefon danışığından sonra yaydığı bəyanatda deyilir.
Qeyd edildiyi kimi, Sunak və Makron Ukrayna ilə münaqişədə Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün səylərin artırılmasının vacibliyi haqqında razılığa gəliblər.
“Onlar qarşıdakı aylar üçün prioritetləri, o cümlədən Ukrayna Silahlı Qüvvələri üçün döyüş sursatı, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılmasını müzakirə ediblər”, – sənəddə deyilir.
Həmçinin qeyd edilir ki, Sunak və Makron Qəzza zolağında dərinləşən humanitar böhrandan dərin narahatlığı bölüşür və dərhal humanitar atəşkəs elan edilməsinin vacibliyini vurğulayırblar..
Liderlər həmçinin iyulda Böyük Britaniyada keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə hazırlıq məsələlərini də müzakirə ediblər.
Bildirilib ki, burada bütün Avropa ölkələri üçün prioritet mövzular, o cümlədən Ukraynaya yardımın göstərilməsi, qeyri-qanuni miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlığın gücləndirilməsi, həmçinin süni intellekt texnologiyalarının inkişafı məsələləri müzakirə olunacaq.