UEFA Çempionlar Liqasında 2 matçda 10 qol vurulub

UEFA Çempionlar Liqasında 2 matçda 10 qol vurulub

UEFA Çempionlar Liqasında 2 matçda 10 qol vurulub

UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsi start götürüb.

Apasport.az xəbər verir ki, ilk gündə 2 matç baş tutub.

“Real Madrid” doğma azarkeşlər önündə “Mançester Siti”ni qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib: 3:3

Vurulan qollar: B. Silva, 2, R. Diaş (ö.q), 12, Rodriqo, 14, F. Foden, 66, Qvardiol, 72, Valverde, 79.

“Bavariya” isə Londonda “Arsenal”ın qonağı olub. Almaniya təmsilçisi səfərdən sərfəli nəticə ilə ayrılmağı bacarıb: 2:2

Vurulan qollar: B. Saka, 10, Qnabri, 19, H. Keyn, 32, Trossar.

Qeyd edək ki, cavab matçları aprelin 16-17-də təşkil olunacaq.

Share: