Fələstini dövlət kimi tanımaq Avropanın geosiyasi maraqlarına uyğundur

Fələstini dövlət kimi tanımaq Avropanın geosiyasi maraqlarına uyğundur

Fələstini dövlət kimi tanımaq Avropanın geosiyasi maraqlarına uyğundur

İspaniya Fələstini dövlət kimi tanımağa hazırdır.

BBC-yə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançez İspaniya Konqresində çıxışında deyib.

Baş nazir İspaniyanın Fələstin dövlətini tanımasının Yaxın Şərq münaqişəsinin həlli istiqamətində bir addım olacağını söyləyib. O, bunun “Avropanın geosiyasi maraqlarına uyğun olduğunu” deyib.

“Beynəlxalq ictimaiyyət Fələstin dövlətinin varlığını tanımasa, ona kömək edə bilməz”, – Sançez bildirib.

İspaniyanın Baş naziri həmçinin xəbərdarlıq edib ki, İsrailin HAMAS ilə Qəzzadakı müharibəsində “qeyri-mütənasib cavabı” Yaxın Şərqdə və nəticədə bütün dünyada sabitliyi poza bilər.

Qeyd edək ki, İspaniya Baş naziri Pedro Sançez HAMAS-ın İsrailə qarşı 7 oktyabr hücumlarına cavab olaraq hərbi əməliyyatlara başlayan İsrailin ən açıq tənqidçilərindən biridir.

Share: