Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev ailə üzvləri ilə birlikdə təqdimat mərasiminə qatılıb.
Moderator.az xəbər verir ki, general-leytenant oğlu Murad Qulubəyli və qızı Xədicə Qulubəyli ilə birlikdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin təqdimat mərasimində iştirak edib.