Ukrayna prezidenti Vladimir Zelenski və Latviya prezidenti Edqars Rinkeviç iki ölkə arasında ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar.
Unian-a istinadən xəbər verir ki, sazişə əsasən, Latviya Ukraynaya hər il ÜDM-in 0,25%-i həcmində hərbi yardım göstərəcək. Bundan əlavə, Latviya Ukraynaya kibermüdafiə, minalardan təmizləmə, pilotsuz texnologiyalar sahəsində dəstək vermək üçün 10 illik öhdəlik götürür.
Ukrayna dövlət başçısı buna görə dost Latviyaya təşəkkür edib.