Finlandiya Rusiyaya nüvə təhlükəsi yaradacağı təqdirdə Moskvanın yüksək səviyyədə hərbi-siyasi tədbirləri ilə üzləşəcək.
xəbər verir ki, bunu “TASS”a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktoru Vladimir Yermakov deyib.
“Finlandiya hakimiyyətinin nə etdiklərini bilib-bilməməsindən asılı olmayaraq, onlar Rusiyanın hərbi-texniki cavab tədbirləri ilə üzləşəcəklər”, – diplomat qeyd edib.
Bir müddət öncə Finlandiya Prezidenti Aleksander Stubb Rusiya ilə siyasi dialoqun olmadığını açıqlayıb.