Müstəqil.Az tanınmış şair Salam Sarvanın Rüstəm İbrahimbəyovun ssenri müəllifi olduğu “Qafqaz üçlüyü” filminə nə münasibətini təqdim edir:
“Bu film haqda məndən münasibət istədilər. Baxmamışdım, heç nə demədim. Axşam evə gələndə baxdım.
Rüstəm İbrahimbəyovun azərbaycanlıları ermənilərlə müqayisədə aşağılamaq niyyəti, cəhdi açıq-aşkar görünür. Amma alınmayıb, niyyəti baş tutmayıb. Nədən ki, bu filmin sənətkarlıq effekti yoxdu: bayağıdı, bəsitdi. Deməli, təsir gücü də yoxdu.
Ümumən, sınaqdan keçmiş bir təcrübə var: əsərin estetik gücü olmayanda etik məqsədini tutuzdura bilmir.
Məsələn, məhz estetik gücü olmadığına, əttökənliyinə, şitliyinə görə “Koroğlu” filmində tariximizdəki igidlik və comərdlik məqamlarını təqdim eləyə bilməyiblər, əslində, vurub gözünü də çıxarıblar. Eləcə də, talantdan, sənətdən əsər əlamət olmadığına görə “Qafqaz üçlüyü”ndə İbrahimbəyovun bizi qorxaq və vəhşi obrazda göstərmək arzusu ürəyində qalıb. Buna da şükür!”.
Müstəqil.Az