Avstraliyanın Sidney şəhərində ticarət mərkəzinə bıçaqla hücumu zamanı ölənlərin sayı 6 nəfərə çatıb.
xəbər verir ki, bu barədə “CBC News” məlumat yayıb.
Hadisə zamanı yaralı sayının 8 nəfər olduğu bildirilir. Hadisəni törədən şəxsin zərərsizləşdirildiyi bildirilib.
***
12:48
Naməlum şəxsin Sidneydəki ticarət mərkəzinə bıçaqla hücumu zamanı ölənlərin sayı 5 nəfərə çatıb.
-nın “abc.net”ə istinadən xəbərinə görə, hadisə zamanı 9 nəfərin yaralandığı bildirilib. Onlardan bəzilərinin vəziyyəti kritikdir.
Yerli polisin açıqlamasına görə, o, hələlik motivi bəlli olmayan hadisəni təkbaşına törədib.
Qeyd edək ki, hücum edən şəxs polisin müdaxiləsi ilə zərərsizləşdirilib.
***
12:08
Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzində naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində 4 nəfər ölüb.
-nın “BBC”yə istinadən xəbərinə görə, hadisə zamanı daha 8 nəfərin yaralandığı bildirilir. Onların arasında azyaşlı uşaq da var.
Həmin şəxs əraziyə gələn polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Polisin məlumatına görə, adı hələlik açıqlanmayan bu şəxsin radikal dini qruplaşmalarla əlaqəsi araşdırılır.