Türkiyənin “casus aparatı” oyuncaq çıxdı: Ermənilər təşvişdə…

Texniki vasitələrlə təchiz olunmuş hava şarı Türkiyə-Ermənistan sərhədini keçərək Ermənistanın Yeni Amasiya kəndi yaxınlığında yerə düşüb.

Müstəqil.Az xəbər verir ki, bu sözləri yerli icra orqanının rəhbəri Qarik Avdalyan deyib.

Məlumata görə, hava şarını kənd sakinləri tapıblar. Hava şarının hələlik təyinatı məlum olmayan texniki vasitələrlə təchiz olunduğu bildirilir. Onu görənlərdən bəziləri idarəetmə pultu, bəziləri isə müşahidə kamerası adlandırıb.

Hazırda hadisə yerində erməni polisi və təhlükəsizlik orqanlarının əməkdaşları araşdırma aparır.

***

Yeni Amasiya kəndində aşkar edilən naməlum kiçik həcmli hava şarının uzaqdan idarə edilən oyuncaq olduğu məlum olub.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumatında deyilib.

Həmin “casus aparatı”nı araşdıran təhlükəsizlik əməkdaşları bunun İrəvanda əksər mağazalarda satılan uzaqdan idarə edilən oyuncaq olduğunu bildirib.

Bu oyuncağın heç bir təhlükə daşımadığı vurğulanıb.

Qeyd edək ki, həmin oyuncaq köpək balığı formasındadır və üzərində müşahidə kamerası var.

Share: